AZ

BP-də yeni təyinatlar oldu - FOTO

BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə iki yeni təyinat olub.

Bakupost.az “APA-Economics”ə istinadən xəbər verir ki, Çingiz Hacıyev 2025-ci ilin yanvar ayından BP-nin Xəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti vəzifəsinə təyin edilir.

Ətraflı
Yeni vəzifəsində Çingiz BP-nin qlobal neft və qaz biznesinin inkişafı üzrə rəhbər heyətinin üzvü olacaq və neft və qaz biznesinin inkişafı bölümünün rəhbəri, vitse-prezident Əndi MakOslanın rəhbərliyi altında çalışacaq. O, Bakı ofisində fəaliyyət göstərərək əsas diqqətini BP-nin AGT regionundakı biznes işlərinə yönəldəcək və AGT rəhbərliyində biznesin inkişafı üzrə BP-nin qlobal komandasını təmsil edəcək.

Hazırda Çingiz Rumeyla Əməliyyat Təşkilatının baş maliyyə direktoru vəzifəsində BP-nin İraqdakı Birgə Müəssisə Korporasiyasında (BECL) çalışır.

Stüart Şou 2 dekabr 2024-cü il tarixindən AGT regionunda hasilat üzrə vitse-prezident vəzifəsinə təyin edilir. Bu vəzifədə Stüart Şou BP-nin London ofisinə qlobal apstrim hasilatı üzrə baş vitse-prezident vəzifəsinə təyin olunmuş Elxan Məmmədovu əvəz edəcək.

Yeni vəzifəsində Stüart AGT regionunun biznes rəhbərliyinin üzvü olacaq.

Hazırda Stüart Şou BP Qrupunun hasilat, inteqrasiya və transformasiya üzrə vitse-prezidentidir. Onun əsas vəzifə öhdəliklərinə hasilat strategiyasının layihələndirilməsi və icrası, mərkəzi hasilatı idarəetmə bölümünə rəhbərlik və BP-nin qlobal biznesləri üzrə hasilatın optimallaşdırılması və yüksək standartların təmin edilməsi daxildir.


Seçilən
16
14
bakupost.az

10Mənbələr