AZ

Toponimlər tarixin möhürdür

İndi ölkəmizdə müzakirə olunan ən başlıca mövzulardan biri Qərbi Azərbaycandan olan vətəndaşlarımızın qayıdışı ilə bağlıdır. Bunun həyata keçirilməsi üçün başda Qərbi Azərbaycan İcması olmaqla bir çox təşkilatlar və dövlət qurumları daim fəaliyyətdədirlər.

ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov bildirir ki, Ermənistan ərazisindəki toponimlərin tədqiqi aydın şəkildə sübut edir ki, indi Ermənistan adlanan Qərbi Azərbaycan, Azərbaycanın tarixi torpaqlarıdır. Qərbi Azərbaycanın bir çox türk mənşəli toponimləri tarixin yalddaşına çevrilib, mənəvi soyqırımına məruz qalıb. Ona görə də Qərbi Azərbaycan toponimlərinin öyrənilməsinin xüsusi nəzəri və praktiki əhəmiyyəti vardır. Bu toponimlər yerli xalqın – Azərbaycan türklərinin tarixini, türk tayfalarının adını (quqark, gorus, sak, aynın, qıpçaq, qaraqoyunlu, şirak, peçenek, axta, kəvər və s.) əks etdirir və tədqiqat nəticəsində aydın olur ki, ərazinin toponimləri həm də qədim türk sözləri (balıq, yazı, art, bək, kəpəz və s.), Azərbaycan dili ilə bağlı coğrafi adlar (dağ, dərə, düz, təpə, tap, taxt, yal, nüvək, ova, gədik və s.) əsasında formalaşmışdır. Bütün bunlar Qərbi Azərbaycan toponimlərinin tarixi coğrafiyasının öyrənilməsində xüsusi rol oynayır.

Professor qeyd edir ki, bu torpaqlar Azərbaycandan mərhələ-mərhələ qoparılaraq qondarma erməni respublikası yaradılıb və həmin vaxtdan da ermənilər yer adlarımızı dəyişdirərək erməni mənşəli adlarla əvəz edib, Azərbaycan türklərinin bu ərazidəki izlərini tarixdən silməyə çalışıb. Bu faktları özündə əks etdirən tarixi sənədlər "toxunulmazlıq" qrifi ilə Ermənistanın arxivlərində saxlanılır. Yalnız ən etibarlı mənbə ərazinin toponimləridir ki, tarixi həqiqətlərə işıq salır, aydınlıq gətirir. O, nümunə olaraq bir neçə coğrafi adı da qeyd edib: "Quqark" rayonunun adı "Quqar" sözündən yaranıb. Bu söz isə türk mənşəli tayfa olan Göyər tayfasının adı ilə bağlıdır. Bir digər toponim Gorus rayonudur. Bu rayonun da adı qədim türk tayfası olan qoros-gorus tayfa adındandır. Daha bir ad isə Gümrü şəhərinin adı ilə bağlıdır. Bu ad isə Kimmer terk tayfa adındandır ki, bu tayfa da türk tayfasıdır. Bir toponim də Qafan şəhərinin adı ilə bağlıdır. Bu ad isə türk mənşəli Peçeneqlərin qapan tayfa adından gəlir.

Alim qeyd edib ki, bu kimi misalların saysız çoxdur və toponimlər təsdiqləyir ki, indi Ermənistan adlanan ərazi Azərbaycanın tarixi torpaqlarıdır.

Namiq QƏDİMOĞLU
XQ

Seçilən
15
xalqqazeti.az

1Mənbələr