Türkiyə xüsusi xidmət orqanları 54 nəfəri İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilərək saxlayıb.
Axar.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib.
“İŞİD terror qruplaşmasına qarşı 18 əyalətdə keçirilən əməliyyatlar çərçivəsində 54 nəfər saxlanılıb”, - o bildirib.
Yerliqaya qeyd edib ki, saxlanılan şəxslər İŞİD-ə üzv olmaqda, terror təşkilatının yaraqlılarına yardım və sığınacaq verməkdə, eləcə də sosial şəbəkələrdə təbliğat aparmaqda şübhəli bilinirlər. Prokurorluq həbslərlə bağlı cinayət işi açıb. Məhkəmənin qərarı ilə 20 nəfər həbs edilib.