AZ

Dünyada ərzaq qiymətlərində dalğalanma

2024-cü ilin noyabrında dünya bazarlarında  ərzaq  məhsullarının qiymətlərində müxtəlif tendensiyalar müşahidə olunub. Modern.az dünya birjalarına istinadən xəbər verir ki, bəzi məhsullarda (kakao, qəhvə, palma yağı), qiymətlər artdığı halda  (kakao, qəhvə, palma yağı), digərlərində (soya, buğda) azalma müşahidə olunur. Bu dəyişikliklər qlobal iqtisadi şərtlər, iqlim dəyişikliyi və bazar tələblərindən asılıdır.

 

Soya

  • Qiymət: 986,73 dollar/buşel
  • Günlük dəyişiklik: +0,10 faiz
  • Həftəlik dəyişiklik: -1,18 faiz
  • Aylıq dəyişiklik: +1,31 faizf
  • İllik dəyişiklik: -25,80 faiz
    Soyanın qiyməti ABŞ-dan gələn təklifin artması və tələbin aşağı düşməsi səbəbindən illik müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

 Buğda

  • Qiymət: 534,77 dollar/buşel
  • Günlük dəyişiklik: -0,18 faiz
  • Həftəlik dəyişiklik: -2,72 faiz
  • Aylıq dəyişiklik: -4,29 faiz
  • İllik dəyişiklik: -4,67 faiz
    Buğda qiymətlərindəki geriləmə təklifin artması və tələbin aşağı düşməsi ilə əlaqədar olaraq baş verib.

Palma yağı

  • Qiymət: 4764 MYR/T
  • Günlük dəyişiklik: +1,45 faiz
  • Həftəlik dəyişiklik: -3,21 faiz
  • Aylıq dəyişiklik: +5,17 faiz
  • İllik dəyişiklik: +22,44 faiz
    Palma yağı qiymətlərinin artması Asiya bazarlarında artan tələbdən qaynaqlanır.

Pendir

  • Qiymət: 1,78 dollar/funt
  • Günlük dəyişiklik: +1,54 faiz
  • Həftəlik dəyişiklik: -3,42 faiz
  • Aylıq dəyişiklik: -8,90 faiz
  • İllik dəyişiklik: +6,40 faiz
    Pendir qiymətindəki arım tələbin yüksəlməsi ilə əlaqədardır.

Süd

  • Qiymət: 19,86 dollar /CWT (45 kq)
  • Günlük dəyişiklik: -0,05 faiz
  • Həftəlik dəyişiklik: -0,30 faiz
  • Aylıq dəyişiklik: -12,59 faiz
  • İllik dəyişiklik: +15,80 faiz
    Süd qiymətindəki artım istehsalın azalması və istehsal xərclərinin artması ilə bağlıdır.

 Portağal

  • Qiymət: 510,01 dollar /funt
  • Günlük dəyişiklik: +0,60 faiz
  • Həftəlik dəyişiklik: +6,43 faiz
  • Aylıq dəyişiklik: -3,94 faiz
  • İllik dəyişiklik: +26,15 faiz
    Portağal suyu qiymətindəki artım istehsalın azalması və yüksək tələbdən qaynaqlanır.

 Qəhvə

  • Qiymət: 306,53 dollar/funt
  • Günlük dəyişiklik: +0,02 faiz
  • Həftəlik dəyişiklik: +7,92 faiz
  • Aylıq dəyişiklik: +21,30 faiz
  • İllik dəyişiklik: +70,58 faiz
    Qəhvə qiymətlərinin artması qlobal tələbin artması və istehsal çətinlikləri ilə izah olunur.

Kakao

  • Qiymət: 8965,52 dollar /ton
  • Günlük dəyişiklik: +2,81 faiz
  • Həftəlik dəyişiklik: +6,84 faiz
  • Aylıq dəyişiklik: +30,08 faiz
  • İllik dəyişiklik: +110,46 faiz
    Kakao qiymətlərindəki artım tələbin artması və istehsalçı ölkələrdəki iqlim şəraiti ilə əlaqədardır.

Şəkər

  • Qiymət: 21,16 dollar/funt
  • Günlük dəyişiklik: -0,03 faiz
  • Həftəlik dəyişiklik: -3,63 faiz
  • Aylıq dəyişiklik: -3,81 faiz
  • İllik dəyişiklik: -22,21 faiz
    Şəkər qiymətindəki azalma təklifin artması və tələbin aşağı düşməsi ilə izah olunur.
Seçilən
2
modern.az

1Mənbələr