AZ

MDB ölkələrinin təhlükəsizlik xidmətləri rəhbərlərinin iclası keçiriləcək

Moskvada  Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin kəşfiyyat məsələləri üzrə müşavirəsi öz işinə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu qeyd edib ki, görüş zamanı birgə işlərin nəticələrinə baxılacaq, yaxın gələcəkdə MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında gələcək qarşılıqlı fəaliyyət üçün vəzifələr və prioritetlər müzakirə olunacaq.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan nümayəndə heyətləri iştirak edəcək.

Gülayə Mecid 

Seçilən
1
1
unikal.az

2Mənbələr