AZ

Yunanıstan Ermənistana Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini təhvil verəcək

Yunanıstanın hava hücumundan müdafiəsində istifadə edilən S-300 zenit-raket kompleksləri və Rusiya istehsalı olan digər iki silah sistemi Ermənistana veriləcək. Bu barədə “enikos.gr” portalı məlumat yayıb.

Onların İsrail istehsalı sistemlərlə əvəzlənəcəyi qeyd edilir. “Silahlı Qüvvələrin rəhbərliyi Yunanıstan arsenalının ruslaşmadan təmizlənməsini və köhnə sistemlərin yeni Qərb texnologiyaları ilə köklü surətdə yenilənməsini davam etdirmək əzmindədir”, - bəyanatda deyilir.

Portalın məlumatına görə, “Yunanıstanın Milli Müdafiə Baş Qərargahı Ermənistanı Rusiya istehsalı olan silah sistemləri ilə təmin etmək üçün qabaqcıl mərhələdədir”.

Nəşrin qeyd etdiyi kimi, “əvvəllər bu sistemlərin Ukraynaya verilə biləcəyi güman edilirdi, lakin Baş Qərargah daha sərfəli olan digər alternativləri nəzərdən keçirir”.

Mövcud məlumata görə, Ermənistanın müdafiəsini gücləndirmək sırf Yunanıstan təşəbbüsü deyil, Fransa ilə əməkdaşlığın məhsuludur ki, bu da bu ölkənin silahlanmasına töhfə verəcək.

Almaz Həsənli

Seçilən
11
3
oxumeni.az

5Mənbələr