AZ

Nadir xəstəlikdən əziyyət çəkən 11 aylıq körpə təcili əməliyyat olunmalıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



11 aylıq Dənizin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Elşən Qədirov məlumat verib.
O bildirib ki, övladı anadangəlmə spina-bifida xəstəliyindən əziyyət çəkir:
"Dəniz ötən ilin dekabr ayında dünyaya gəlib. Doğulandan sonra onda spina bifida xəstəliyinin olduğunu öyrəndik. Doğulandan 4 ay sonra, yəni aprel ayında o, spina bifidanın ləğvi əməliyyatı keçirdi. Amma Dəniz yenidən əməliyyat olunmalıdır, bunun üçün isə Türkiyəyə yollanmalıyıq. Orada üç gün ara ilə iki dəfə əməliyyat həyata keçiriləcək. Bunun üçün isə 20 000 dollara ehtiyacımız var. Həmin məbləğin cəmi 3 500 manatını toplaya bilsək də, qalan məbləği toplamağa imkanımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 829-35-38.
Kapital Bank: 4169 7388 3887 2194.
Seçilən
9
oxu.az

1Mənbələr