AZ

Dünyanın ən bahalı avtomobil qəzası: 14 milyon... - FOTO

Avstriyanın İsveçrəyə yaxın Pfunds dağ yolunda yol qəzası baş verib.

Ölkə.Az xəbər verir ki, qəza nəticəsində 2 “Ferrari”, 1 “McLaren Elva” və 1 “Bentley” toqquşub.

Ümumi dəyəri təxminən 7 milyon İsveçrə frankı (təx.14 milyon AZN) olan 4 lüks avtomobil boş yolda bir-birinə çırpılıb. Avtomobillərə dəyən ümumi zərər 1,8 milyon İsveçrə frankı (təx.3.5 milyon AZN) təşkil edib.

Qəza noyabrın 10-da günorta saat 14.40 radələrində baş verib. Qəzada üçüncü sırada gedən və dəyəri 500 min İsveçrə frankı olan “Ferrari 812 Superfast”ın sürücüsü günəş işığından gözü qamaşdığı üçün qarşısındakı qiyməti 4 milyon İsveçrə frankı olan “Ferrari La Ferrari”yə çırpılıb. 

Daha sonra digər 2 avtomobil də qəzaya düşüb.

40-52 yaş arası sürücülər xəsarət almayıb. Məlumata görə, avtomobillərin sahibləri hadisənin eşidilməsinə mane olmaq üçün böyük səy göstəriblər.

Qəzada ən çox ziyan dəyən avtomobil dünyada cəmi 499 ədəd istehsal olunan “Ferrari La Ferrari” olub.

Qəzaya səbəb nəqliyyat vasitələrinin ara məsafəsini gözləməməsi olub.

Billurə


 

Seçilən
33
olke.az

1Mənbələr