AZ

İqlim danışıqlarında tarixi nəticələr

Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycan COP29-a ev sahibliyi edəcək ölkə olaraq seçildi. Dünyanın ən böyük tədbirlərindən birinə ev sahibliyi etmək ölkəmiz üçün böyük şərəfdir. Bu məsələyə münasibət bildirərkən Prezident İlham Əliyev də qeyd edib ki, biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.

Qısa müddət ərzində bütün işlər həyata keçirildi, tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün lazımi infrastruktur yaradıldı və COP29 təhlükəsizlik şəraitində baş tutdu. Baxmayaraq ki, COP29-a ev sahibliyi edəcək ölkə olaraq təsdiqləndikdən sonra Azərbaycana qarşı genişmiqyaslı, planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına başlanılmışdı. Heç şübhəsiz ki, bu iyrənc kampaniyaların arxasında erməni lobbisi və bəzi qərb dövlətləri dayanırdılar. Lakin onların bütün cəhdləri fiaskoya uğradı. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.
Azərbaycanın prezidentliyi və ev sahibliyi ilə COP29-da bir çox mühüm qərarlar qəbul edildi. Belə ki, Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi, İtki və Zərər Fondu tam şəkildə insitutlaşdırıldı, Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı,10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi.
Bütün bunlardan əlavə, COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.
COP29-da uğurlu nəticələrin əldə ediləcəyinə ölkəmiz əvvəlcədən əmin idi. Azərbaycanın prezidentliyi ilə iqlim danışıqlarında tarixi nəticələr əldə edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri

Seçilən
25
3
sesqazeti.az

4Mənbələr