AZ

Azərbaycanda hazırlanan kolbasaya nələr qatılır? - Şok detallar


“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan laborator yoxlamalar da sübut edir ki, ölkənin əmtəə bazarındakı kolbasaların çox hissəsinin tərkibində ətdən başqa nə desən var. Kolbasa və sosislərin hazırlanmasında tam ət məhsulundan istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya, heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu "ətə” bənzətmək üçün külli miqdarda kimyəvi maddələr də əlavə olunur”.

Bunu Bakupost.az -a Azad İstehlakçılar Birliyinin (AYB) sədri Eyyub Hüseynov bildirib.

O qeyd edib ki, kolbasa və sosiska məhsullarına əlavə olunan nitratlar məhsula xoşagəlimli xarici görünüş verməklə yanaşı, onun saxlanma müddətini artırır. Kolbasa-sosiska məhsullarına əlavə olunan digər zərərli maddə isə fosfatlardır ki, orqanizmdə kalsium və fosforun balansını pozur. Son zamanlar kolbasa və sosislərin hazırlanmasında protein tozundan istifadə edilir. Bu toz heyvan tullantılarından və soyadan hazırlanır:

“Kiloqramı 7 manata olan qocalmış heyvan ətləri var ki, yalnız kolbasa üçün yarayır. Lakin kolbasa istehsal edən müəssisələrin çoxu bu ətdən yox, xaricdən gətirilmiş mənşəyi məlum olmayan keyfiyyətsiz ətdən istifadə edirlər. Görünən odur ki, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində satılan kolbasa və sosiska məhsullarının çoxunun tərkibi orqanizm üçün zərərli olan məhsul və maddələrdən hazırlanıb”.

Sevinc,
BakuPost
Seçilən
8
2
bakupost.az

3Mənbələr