AZ

İlham Əliyev Trampa zəng edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 25-də ABŞ prezidenti Donald Trampa zəng edib, dövlət başçısının rəsmi saytı xəbər verir.

Telefon danışığı zamanı dövlət başçısı Trampı yenidən ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, Trampın seçkilərdə inamlı qələbəsi Amerika xalqının onun siyasətinə böyük dəstəyinin və etimadının təzahürüdür.

Əliyev Trampın fəaliyyətinin dünyada təhlükəsizliyin təmin olunmasında daha da mühüm rol oynayacağını vurğulayıb.

Prezident qeyd edib ki, Tramp prezidentliyinin birinci dövründə Azərbaycan ilə ABŞ arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirib və birgə səylərin ikitərəfli münasibətlərin daha da inkişafına yönəldiləcəyinə ümid etdiyini bildirib.

Tramp da öz növbəsində Prezident Əliyevə səmimi təbriklərinə görə təşəkkür edib, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün birgə çalışmanın vacibliyini qeyd edib.

Seçilən
18
oxumeni.az

1Mənbələr