AZ

Yunanıstan Rusiyanın hava hücumundan müdafiə sistemlərini Ermənistana verir

Yunanıstan Ermənistana ölkənin hava hücumundan müdafiə sistemində istifadə edilən S-300 və Rusiya istehsalı olan digər iki silah sistemini təhvil verməyə və onları İsrail istehsalı sistemlərlə əvəz etməyə hazırlaşır...

Poliqon xəbər verir ki, bu barədə Yunanıstanın “Enikos” portalı məlumat yayıb.

Portalın yazdığına görə, Yunanıstan Silahlı Qüvvələrinin rəhbərliyi Rusiya silah sistemlərini Yunanıstanın hərbi arsenalından çıxarmaq və köhnə sistemləri radikal şəkildə yeni Qərb texnologiyaları ilə əvəz etmək əzmindədir. Portal vurğulayır ki, “Yunanıstanın Milli Müdafiə Nazirliyinin Baş Qərargahı Ermənistanı Rusiya istehsalı olan silah sistemləri ilə təmin etmək üçün qabaqcıl mərhələdədir”.

“Enikos” qeyd edir ki, “əvvəllər bu sistemlərin Ukraynaya verilə biləcəyi güman edilirdi, lakin Baş Qərargah daha az sərfəli olmayan başqa alternativləri nəzərdən keçirir.

Nəşr əlavə edir ki, mövcud məlumatlara görə, Ermənistanın müdafiəsini gücləndirmək sırf yunan təşəbbüsü deyil, Fransa ilə əməkdaşlığın məhsuludur və bu, həm də bu ölkənin silahlanmasına töhfə verəcək.

“Afina üçün Kiyev əvəzinə İrəvanın gücləndirilməsi bir çox səbəblərə görə strateji seçimdir. Əvvəla, çox sıx müttəfiqlik əlaqələri, yaxın tarixdəki ümumi səylər, eyni zamanda ortaq dini inanclar Ermənistanla Yunanıstanı yaxınlaşdıran məqamlardır. Bundan əlavə, güclü Ermənistan Azərbaycanı açıq şəkildə gücləndirən barışmaz Türkiyəyə qarşı çəkici olacaq”, deyə portal davam edir.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr