AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 494 Bakı şəhəri, 23 noyabr 2024-cü il

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında” 2019-cu il 30 iyul tarixli 335 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin, onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” 2019-cu il 17 aprel tarixli 175 nömrəli Qərarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 21 noyabr tarixli 368 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilsin.

2. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 iyul tarixli 335 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1357 (Cild I); 2024, № 1, maddə 108, № 2, maddə 209, № 3, maddə 306) 2-ci və 3-cü hissələri ləğv edilsin.

3. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin, onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 768 (Cild I); 2024, № 1, maddə 107, № 3, maddə 306) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Seçilən
10
xalqqazeti.az

1Mənbələr