AZ

Camid Mövsümov: "Made in Turan" brendi adı altında məhsullar bazara çıxarılacaq"

"Made in Turan" brendi adı altında məhsullar bazara çıxarılacaq.

FED.az xəbər verir ki, bunu “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov Bakıda keçirilən "Turan E-Ticarət və İxracat Forumu"nda bildirib.

"Bu gün bu forumda "Made in Turan" markasının ilk məhsullarını təqdim edəcəyik. Made in Europe kimi brendlər artıq dünyada tanınıb, biz də öz brendimizi yaratdıq və  istəyirik ki, bu brendlə bazara keyfiyyətli məhsullar daxil olsun. 2-3 ay sonra artıq siz məhsulları bazarlarda görəcəksiniz. Qeyd edim ki məhsullar da heç bir kimyəvi qatqılar yoxdur. 

 "Made in Turan" brendi altında təqdim olunacaq məhsullar təkcə qida deyil, həm də qeyri-qida məhsullarıdır", - deyə o qeyd edib.

Seçilən
8
10
fed.az

10Mənbələr