AZ

“PAŞA Bank” “Dayanıqlı Kartlar Proqramı”na qoşulub

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ölkəmizdə plastik tullantıların azaldılması və ətraf mühitinqorunmasını dəstəkləmək məqsədilə Mastercard Azərbaycanın“Dayanıqlı Kartlar Proqramı”na qoşulub.

Proqram çərçivəsində ödəniş kartlarının hazırlanmasındapolivinilxlorid materialının (PVC) istifadədən çıxarılması və2028-ci ilə qədər bütün yeni buraxılmış kartların təkrar emaledilmiş və bio-mənşəli materiallardan hazırlanması hədəflənir.

Azərbaycanda yerli maliyyə institutları bu mühüm hədəfə dahasürətlə çatmaq üçün Mastercard ödəniş kartlarının hazırlanmasındailkin istifadə edilən polivinilxlorid materialından 2026-cı iləqədər imtina etməyə dair müvafiq öhdəlik götürüblər.

Qeyd edək ki, "PAŞA Bank" Azərbaycanın sosial-iqtisadi inkişafadair prioritetlərinə və BMT-nin Qlobal Sazişinin hədəflərinə uyğunbiznesin düşünülmüş şəkildə idarə edilməsini təmin edir. Eynizamanda, bank ətraf mühitə qayğı ilə yanaşmağı və cəmiyyətqarşısında məsuliyyətli korporativ qurum mövqeyi qazanmağıprioritetləşdirir, həmçinin maliyyə sektorunda dayanıqlıtəcrübələrin tətbiqinə mühüm töhfə verir.

Seçilən
23
3
az.trend.az

4Mənbələr