AZ

İddia: "Google Maps" proqramındakı xəta ölümlərə səbəb olub

Hurriyyet.az xəbər verir ki, Hindistanın Uttar-Pradeş ştatında "Google Maps" proqramı xəta edərək, avtomobili tam tikilməmiş körpüyə yönləndirib, nəticədə maşın çaya düşüb və içərisindəki 3 kişi həlak olub.

Bu barədə "Hindistan Tayms" nəşri məlumat verib. Xəbərdə həlak olanların naviqatorun yönləndirməsi ilə toya getdikləri və körpünün tikintisinin hələ tamamlanmadığını bilmədikləri bildirilir. Avtomobil körpüdən keçəndə tikili dağılıb və maşın çaya düşüb.

Yerli sakinlər zədələnmiş avtomobili və cəsədləri suda aşkar etdikdən sonra polis hadisə yerinə gedib. Ölənlərin ikisinin kimliyi artıq müəyyənləşdirilib.

Həlak olanların ailələri yerli hakimiyyəti məsuliyyətsizlikdə ittiham edərək, inşaat meydançasında xəbərdarlıq işarələri və keçid əngəlləri qoymadıqları üçün onların cəzalandırılmalarıını tələb edirlər.

Hürr Tərcüman

 

Seçilən
9
hurriyyet.az

1Mənbələr