Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, Trampın bu addımı prezidentlik müddətinə başlar-başlamaz həyata keçirmək istədiyini deməsi, bazarlarda narahatlıq yaradıb.
Yaponiyanın "Nikkei 225" indeksi 1,2% azalma ilə 38.305,20 xal səviyyəsinə düşüb. Cənubi Koreyanın "Kospi" indeksi 0,6% geriləyib, Avstraliyanın "S&P/ASX 200" indeksi isə 0,4% azalıb.
Trampın seçki sonrası açıqlamaları "Wall Street" bazarlarında əks-səda doğurub. "S&P 500" indeksi 0,3% artaraq tarixi zirvəsinə yaxınlaşıb. "Dow Jones" indeksi 1% artımla yeni rekord səviyyəyə çatıb.
ABŞ-ın xam neftinin bir bareli 69,17 dollar, "Brent" markalı neft isə 72,67 dollar olub. Valyuta bazarında dollar yen qarşısında cüzi dəyər itirsə də, avro dollar qarşısında zəifləyib.
Eyni zamanda, çərşənbə günü açıqlanacaq inflyasiya göstəriciləri, ABŞ Mərkəzi Bankının (FED) faiz qərarlarına təsir edə biləcək əhəmiyyətə malikdir.
Jalə
Demokrat.az