AZ

Türkiyənin 19 vilayətində FETÖ və PKK-ya qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Türkiyədə başda Ankara olmaqla 19 vilayətdə FETÖ və PKK/KCK terror təşkilatlarına qarşı aparılan əməliyyatlar nəticəsində 50 nəfər həbs edilib.

TurkicWorld xəbər verir ki, Baş Prokurorluğun Terror Cinayətləri üzrə İstintaq Bürosu, aparılan iki ayrı istintaq çərçivəsində verilmiş həbs qərarları ilə bağlı məlumat yayıb.

Açıqlamaya görə, FETÖ/PDY-nin Təhlükəsizlik Ümumi Müdirliyini hədəfə alaraq kadr toplama, "özəl imam" təyinatları və gizli kodlaşdırma kimi fəaliyyətlərdə iştirak edən 35 şübhəli müəyyən edilib. Onlardan 7 nəfərin hələ də müxtəlif dövlət qurumlarında işlədiyi aşkar edilib.

Digər tərəfdən, PKK/KCK-nın "Kürdüstan Demokratik Topluluğu/Türkiyə Masası (KCK/TM)" adlanan strukturunda fəaliyyət göstərdiyi iddia edilən 15 nəfər barəsində həbs qərarı çıxarılıb. Onların şahid ifadələri və HTS analizləri nəticəsində terror təşkilatının Türkiyə daxilində koordinasiya və təşkilatlanmasında rol oynadıqları müəyyən edilib.

Bu çərçivədə Ankara İl Polis İdarəsi tərəfindən 19 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlarda, saxlanılmasına qərar verilən 50 nəfərin tutulması və Ankara Respublika Baş Prokurorluğuna təhvil verilməsi üçün proseslər davam etdirilir.

Seçilən
10
turkic.world

1Mənbələr