AZ

Şoyqunun səfərindən sonra Rusiya “Taliban”ı “qara siyahıdan çıxarır

Bir qrup senator və deputat Dövlət Dumasına "Taliban"ın Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından müvəqqəti çıxarılması haqqında qanun layihəsi təqdim ediblər.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bu, noyabrın 25-dəRusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə Əfqanıstanın baş nazirinin müavini Əbdülqəni Bəradər Axund arasında aparılan danışıqlardan sonra baş verib.

Şoyqu Rusiyanın Əfqanıstanla ikitərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətini açıqlayıb, siyasi və iqtisadi əlaqələri gücləndirmək üçün İslam Əmirliyinin Rusiyanın qara siyahısından çıxarılması planlarına işarə edib.

Mənbə: yenisabah.az

Seçilən
16
yenisabah.az

1Mənbələr