AZ

Məhkəmə qadını rüsvayedici məlumatlarla hədələyən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Sadiq Xanlarovun (şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, Sadiq Xanlarov 2022-ci ilin mart ayında tanışı, zərərçəkmiş Nigar Həmidovun (şərti) “WhatsApp”ına zəng edib digər tanışının yanında olduğunu bildirib. O, zərərçəkmiş şəxs ilə rəfiqələrinin mehmanxana və digər qapalı məkanlarda olan açıq-saçıq səhnəli, əxlaqsız tərzdə çəkilmiş foto və video görüntülərdən ibarət rüsvayedici məlumatların həmin tanışında olduğunu iddia edib. Sonra Sadiq yazdığı mesajlarda Nigarı tələsdirib təcili şəkildə 3000 manat məbləğində pul verməyəcəyi təqdirdə həmin məlumatların cinayətkar qrupun digər üzvü tərəfindən sosial şəbəkə səhifələrində yayılacağını hədələyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.

 

Kamal Məmmədov 

Tarix: 26 Noyabr 2024, 11:17   
Seçilən
12
pravda.az

1Mənbələr