AZ

Ermənistan XİN-də xidməti avtomobillərin əksəriyyəti ixtisar ediləcək

Ermənistanın baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyinin demək olar ki, bütün xidməti avtomobillərinin ixtisar edilməsi ilə bağlı qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb.

"Bu qərarın nəticəsində bəzi təşkilati problemlər yaranacaq, lakin həmkarlarımız əvvəlki tapşırığıma vaxtında reaksiya vermədilər", - baş nazir bildirib.

Onun sözlərinə görə, xidməti avtomobillərin 70-90%-i ixtisar ediləcək.

Qeyd olunur ki, xarici işlər naziri Ararat Mirzoyan vəziyyəti düzəltməyə çalışaraq, baş nazirə xidməti avtomobillərin xarici qonaqların qəbul və müşayiət edilməsi üçün lazım olduğunu bildirib. Lakin Paşinyan ona başa salıb ki, avtomobillərin icarəyə götürülməsi kimi alternativ variantlar axtarmaq lazımdır. Mirzoyanın Paşinyanı inandıra bilib-bilməyəcəyi hələlik məlum deyil, lakin KİV-lər qeyd edir ki, bunun fonunda onların arasından "qara pişik” keçib.

Seçilən
7
1
ikisahil.az

3Mənbələr