AZ

Lavrov NATO-ya xəbərdarlıq edib

"NATO Rusiya Federasiyasına qabaqlayıcı zərbələr endirmək imkanını elan etməklə, ədəb-ərkanı geridə qoyub".  

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

Xatırladaq ki, ötən gün NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bildirib ki, NATO-ya üzv ölkələr alyansla Rusiya Federasiyası arasında silahlı münaqişə başlayacağı təqdirdə Rusiya ərazisinə yüksək dəqiqlikli qabaqlayıcı zərbələr endirməyi müzakirə edirlər.

Bauerin sözlərini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da qeyd edib ki, Şimali Atlantika Alyansı Rusiya Federasiyasının “yəqin ki, yenilənmiş nüvə doktrinasını oxuyub bitirməyib". 

Seçilən
2
5
unikal.az

10Mənbələr