Ötən gün xəbər vermişdik ki, Hindistanın müdafiə mənbələri Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərini tədarük etməyə başlaığın yaymşdı. Uzun ilərddir Ermənistanı silahlandıran Hindistan 2020-ci ildən etibarən bu prosesi daha geniş şəkildə həyata keçirməyə başlayıb. Beləki, 2022-ci ildə Hindistan Ermənistana 245 milyon dollarlıq silah-sursat tədarük etməklə bağlı saziş imzaladı. Elə həmin ili “Business Standart” nəşri öz mənbələrinə istinadən bildirdi ki, Ermənistana 155 mm çaplı 39 kalibrli artilleriya sistemləri satılıb. Mətbuatda Hindistanın Ermənistana ATAGS adlı yedəkdə daşınan artilleriya qurğuları satdığı bildirildi.
Hindistanın “Idrw” nəşri isə Ermənistana 155 mm çaplı, 39 kalibrli MarG TC-20 Özüyeriyən Artilleriya Qurğuları (ÖAQ) satıldığını açıqladı.
Adalet.az xəbər verir ki , bu gün isə Yunanıstan mediası Ermənistana verəcəyi silahlardan yazır: “Yunanıstan Ermənistana S-300 və bu ölkənin hava hücumundan müdafiə sistemində istifadə edilən Rusiya istehsalı daha iki sistemi təhvil vermək və onları İsrail sistemləri ilə əvəz etmək niyyətindədir”.
Media onu da qeyd edir ki, Yunanıstan Silahlı Qüvvələri Rusiya silah sistemlərini öz arsenalından çıxarmaq və köhnə sistemləri radikal şəkildə yeni Qərb texnologiyaları ilə əvəz etməyi hədəfləyir:”Əvvəllər bu sistemlərin Ukraynaya verilə biləcəyi güman edilirdi, lakin Baş Qərargah başqa alternativləri nəzərdən keçirir. Bu komplekslər bir qədər əvvəl Ermənistan ordusuna silah-sursat veriləcəyini bəyan edən Fransa ilə əməkdaşlıq çərçivəsində tədarük ediləcək”.
Beləliklə yaxın günlərdə Yunanıstan Ermənistana Rusiya istehsalı olan “S-300” zenit-raket kompleksləri, habelə quru qoşunları üçün nəzərdə tutulan “TOP-M1” və “OSA” zenit kompleksləri İrəvanda peyda olacaq.
Yunanıstan Rusiyaya aid hərbi texnika və silahlarını Ermənistana ötürdükdən sonra öz cəbbəxanaasını İsrailin müasir və yüksək texnologiyaya məxsus silahlaarı ilə dolduracaq.
Qeyd edək ki, bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 kilometrə qədər məsafədə vurma imkanına, hava obyektlərini isə 120 km-dən 300 km-ə qədər məsafədə aşkar etmək imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir. Hədəfin məhv edilməsi yüksəkliyi isə maksimum 27 km-dir. Bu raketlər saniyədə 2800 metrə kimi sürətlə hərəkət edən hədəfləri məhv etməyə qadirdirlər. Sistem eyni zamanda aktiv və passiv bir maneələrə qarşı qoruma imkanına malikdir. Bu dağıdıcı silahın qiyməti 115 milyon dollardır.
P.S. Görünən odur ki, Azərbaycan və Türkiyəyə qarşı sıxıntısı olan ölkələr Qafqazda müharibə toxumunu cücərtməkdə israrlıdırlar...
Əntiqə Rəşid