AZ

Dövlət büdcəsinin fiskal yığımlarının 80%-i DVX tərəfindən təmin edilib

Bu ilin 9 ayının nəticələrinə görə, bütün vergi daxilolmalarının 94%-dən çoxu sahibkarlar tərəfindən könüllü əməletmə nəticəsində reallaşdırılıb.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin (DVX) Rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, dövlət büdcəsinin fiskal yığımlarının 80%-i DVX tərəfindən təmin edilib.

Bunlara təkcə vergilər deyil, sosial sığorta daxilolmaları, icbari sığorta yığımları, işsizlikdən sığorta yığımları və digər daxilolmalar aiddir.

"Bütün bunlar sahibkarların vergi əməletmələrinin intizamının artırılması ilə bağlıdır" - deyə Samirə Musayeva əlavə edib.

Seçilən
6
1
apa.az

2Mənbələr