AZ

Lavrov: Zelenski rejimi beynəlxalq terror təşkilatları ilə əməkdaşlıq edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ukrayna rəhbərliyini beynəlxalq terror qrupları ilə əlaqədə ittiham edib. Nazir bildirib ki, Ukrayna münaqişəsi Qərbin geosiyasi məqsədlərinə xidmət edən bir alətdir və ölkə bu prosesdə "xərclənən material" rolunu oynayır.

Lavrovun sözlərinə görə, Qərbin məqsədi çoxqütblü dünya nizamını əngəlləməkdir. O əlavə edib ki, Ukraynadakı sülh danışıqlarının irəliləməsi Kiyevdən deyil, ABŞ və Avropa İttifaqından asılıdır. NATO-nun bu mövzudakı planlarına toxunan Lavrov, danışıqların Qərb siyasətçiləri tərəfindən bilərəkdən əngəlləndiyini vurğulayıb.

Rusiyanın mövqeyinə görə, Ukrayna Qərbin Rusiyaya qarşı mübarizəsində bir vasitə kimi istifadə olunur və bu, regionda gərginliyin artmasına səbəb olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr