Hazırda ABŞ və NATO-da sabit liderlik yoxdur. ABŞ-ın hazırkı prezidenti Co Bayden ciddi narahatlıqlar doğurur...
Poliqon xəbər verir ki, bunu Kolumbiya Universitetinin professoru Cefri Saks deyib.
"Hazırda Vaşinqton "sükansız" qalıb. Prezident Baydenin fiziki və ya əqli cəhətdən sağlam olub-olmadığını bilmirik, çünki onu eşitmirik, biz tamamilə narahat edən görüntülər görürük", deyə analitik bildirib.
Saks hesab edir ki, həm ölkədə, həm də NATO-da effektiv liderlik yoxdur:
"Birləşmiş Ştatlarda böyük qərarları kimin verdiyini belə bilmirik və bu, həqiqətən də həyəcan vericidir".
Bundan əlavə, iqtisadçı vurğulayıb ki, Bayden Amerika xalqına niyə Ukraynaya Rusiya ərazisinə hücumlar üçün Amerikanın uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verdiyini hələ də izah etməyib.
"Birləşmiş Ştatlar prezidentinin ictimaiyyətə bir neçə gün əvvəl belə mühüm qərarların niyə qəbul edildiyini izah etməsi vacibdir", deyə professor yekunlaşdırıb.
Bu gün Amerikanın National Review jurnalı ABŞ-ın hazırkı prezidenti Co Baydenin Kiyevi dəstəkləməyə yanaşmasının məsuliyyətsiz olduğunu və onun strateji düşüncəsini şübhə altına aldığını yazıb.
Poliqon.info