Bakı. Trend:
Ölkədə ətraf mühitin qorunması, ekoloji dayanıqlılığın təminolunmasının təşviq edilməsi iqtisadiyyatın bütün sektorlarındadövlətin təşviq alətləri ilə əhatə olunur.
Trend xəbər verir ki, bunu“Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onunnəticələri” tədbiri çərçivəsində jurnalistlərə açıqlamasındaİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müaviniSamirə Musayeva bildirib.
O bildirib ki, bunlardan biri də məhz vergi təşviqalətləridir:
"Biz artıq bir neçə ildir ki, görürük ki, ölkəyə idxal olunanelektrik mühərrikli və hibrid avtomobillərin idxalı və satışı əlavədəyər vergisindən (ƏDV) azad edilib.
Artıq növbəti ilin büdcə zərfi çərçivəsində təqdim olunan qanunlayihəsində bərpa olunan enerji mənbələri hesabına enerjiistehsalını həyata keçirən sahibkarların gəlir vergisindən,mənfəət, əmlak və torpaq vergilərindən və bu infrastrukturlarınqurulması ilə bağlı idxal edəcəkləri avadanlıqlara, texnolojiinfrastrukturların qurulması ilə bağlı idxallara görə ƏDV və gömrükrüsumlarından azad edilməsi nəzərdə tutulub".
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidməti tərəfindən “Biznes assosiasiyaları və sahibkarlarlaəməkdaşlıq və onun nəticələri” mövzusunda tədbir keçirilir.
Tədbirdə son illər ərzində, eləcə də, növbəti il üçün vergiqanunvericiliyində, inzibatçılığında edilmiş və edilməsi nəzərdətutulan dəyişikliklərlə bağlı, eyni zamanda, bu fəaliyyətprosesində aidiyyəti dövlət qurumları və biznes assosiasiyaları,sahibkarlıq subyektləri ilə birgə yaradılan qarşılıqlı əməkdaşlıqformatının nəticələri barədə təqdimatın həyata keçirilməsi nəzərdətutulur.
Tədbirdə Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayevavə İlkin Vəliyev, Prezident Administrasiyasının sektor müdiri VüsalŞıxəliyev, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Vergisiyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev və digər rəsmişəxslər, elecə də ekspertlər iştirak edirlər.