AZ

Bild: Putin Ukraynanı üç yerə bölmək niyyətindədir 

Rusiya prezidenti Vladimir Putinin “sülh planı” 2026-cı ilə qədər Ukraynanı üç yerə bölməyi hədəfləyir. Vətəninfo.az xəbər verir ki, bu  barədə “Bild” nəşri yazır.

Ukrayna kəşfiyyatının yaydığı Rusiya Müdafiə Nazirliyinin məxfi sənədinə əsasən, Putinin planına Krım daxil olmaqla bütün şərq Ukraynanın ilhaqı daxildir.

Kiyev, Sumı və Odessa vilayətləri Rusiyayönlü dövlət vahidi təşkil edəcək, Ukraynanın qərb bölgələri isə mübahisəli ərazilər kimi müəyyən ediləcək və bu ərazilərlə bağlı qərarlar, ehtimal ki, Polşa, Rumıniya, Macarıstan müzakirələrdən sonra bilinəcək.

Seçilən
11
veteninfo.az

1Mənbələr