AZ

Bu pişikləri saxlamaq qadağan edilir

Niderland hökuməti genetik müdaxilə nəticəsində sağlamlıq problemləri yaşayan iki məşhur pişik cinsi ilə bağlı qərar verib. "Scottish Fold" və tüksüz "Sfenks" pişiklərinin sahibləndirilməsi qadağan olunub. Yeni qanun 1 yanvar 2026-cı ildən etibarən qüvvəyə minəcək.

Milli.Az xəbər verir ki, Hollandiya hökuməti cins pişiklərlə bağlı yeni tənzimləməyə gedir. 1 yanvar 2026 tarixindən etibarən "Scottish Fold" və "Sfenks (Sphynx)" cinsindən olan pişiklərin sahibləndirilməsi qadağan ediləcək.

Scottish Fold pişikləri qırıq qulaqları səbəbilə vətər və qığırdaq problemləri ilə qarşılaşır. Sfenks pişikləri isə tüksüz olduqları üçün dəridə problemlər və həssaslıq yaşamaqdadır.

Bu vəziyyətin pişiklərin sağlamlığına zərər verdiyinə diqqət çəkən rəsmi şəxslər, qərarın heyvanların rifahını qorumağı hədəflədiyini bildirib.

Qadağa yalnız yeni sahibləndirilmələri əhatə edəcək.

Hal-hazırda Scottish və ya Sfenks pişikləri olan sahiblər bu heyvanları saxlamağa davam edə biləcəklər. Lakin, pişiklərin qanunun qüvvəyə minməsindən əvvəl sahibləndiyini sübut etmək üçün onlara mikroçip yerləşdirilməsi məcburi olacaq.

İsmayıl
Milli.Az

Seçilən
4
3
milli.az

4Mənbələr