İstanbulda silsilə qətl hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, bu barəd Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, İstanbulda bir gün əvvəl baş verən dəhşətli qətllər şəhərdə böyük şok yaradıb.
Üç saat ərzində bir-birinin ardınca həyata keçirilən silsilə qətllərdə 7 nəfər ölüb.
Qətllərin narkotik aludəçisi olan Bəxtiyar Aladağ tərəfindən törədildiyi ehtimal edilir.
Xuraman Etibarlı
İnterpress.az