AZ

"BOKT-lar üçün kapital tələbinin 3 dəfədən çox artırılması müsbət qərardır"

Azərbaycan Mərkəzi Bankının (AMB) bank olmayan kredit təşkilatları (BOKT) üçün nizamnamə kapitalı tələbini 3 dəfədən çox artırması müsbət qərardır.

Bunu açıqlamasında "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva AMB-nin qərarına münasibət bildirərkən deyib.

"Mikromaliyyə təşkilatları 25 ildir ki, fəaliyyət göstərirlər. Bu qərar sektorun davamlı və dayanıqlı inkişafına töhfə verəcək. BOKT-larin sayı azalsa belə, qərarın uzunmüddətli inkişaf strategiyasına malik olan kredit təşkilatlarının fəaliyyətinə mənfi təsiri olmayacaq", - deyə o qeyd edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb

.© "Report"

Seçilən
21
1
marja.az

2Mənbələr