AZ

Bu vergi ödəyicilərinə verilən güzəştin müddəti uzadılıb

Bakı. Trend:

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergiödəyicilərinə verilən güzəştin müddəti uzadılıb.

Trend xəbər verir ki, bunuVergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov "Biznesassosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri”mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, o cümlədən, 2027-ci ilədək bu fəaliyyət üzrəsatışdankənar gəlirlər, habelə verilən subsidiyalar vergidən azadedilib:

"Kənd təsərrüfatı müəssisələrindən əldə edilən dividendgəlirləri 2023-cü ildən 4 il müddətinə vergidən azad edilib. Eynizamanda, aqrar emal fəaliyyəti ilə bağlı güzəştlər verilib. Heyvanvə quş ətinin satışı ƏDV-dən azad edilib".

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidməti tərəfindən “Biznes assosiasiyaları və sahibkarlarlaəməkdaşlıq və onun nəticələri” mövzusunda tədbir keçirilir.

Tədbirdə son illər ərzində, eləcə də, növbəti il üçün vergiqanunvericiliyində, inzibatçılığında edilmiş və edilməsi nəzərdətutulan dəyişikliklərlə bağlı, eyni zamanda, bu fəaliyyətprosesində aidiyyəti dövlət qurumları və biznes assosiasiyaları,sahibkarlıq subyektləri ilə birgə yaradılan qarşılıqlı əməkdaşlıqformatının nəticələri barədə təqdimatın həyata keçirilməsi nəzərdətutulur.

Tədbirdə Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayevavə İlkin Vəliyev, Prezident Administrasiyasının sektor müdiri VüsalŞıxəliyev, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Vergisiyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev və digər rəsmişəxslər, elecə də ekspertlər iştirak edirlər.

Seçilən
37
3
az.trend.az

10Mənbələr