AZ

Yaponiyanın Baş naziri şirkətlərə müraciət etdi

Yaponiyanın Baş naziri Şigeru İşiba şirkətləri işçilərin maaşlarını artırmağa davam etməyə çağırıb.

KONKRET.az  Bloomberq-ə  istinadən xəbər verir ki, hökumət bununla sabit inflyasiya və iqtisadi artımı təmin etməyə çalışır. Baş nazir hesab edir ki, bu çağrış  eyni zamanda yaşayış qiymətlərinin artmasına cavab verir:

“Mən maaşların əhəmiyyətli dərəcədə artırılması üçün gələn ilki əmək haqqı danışıqlarında əməkdaşlıq etməyi xahiş etdim”. Firmalar davam edən inflyasiya fonunda maaşları artırmaq tələblərinə cavab verdikləri üçün bu il Yaponiyada orta əmək haqqı sövdələşmələri 33 ilin ən yüksək səviyyəsinə çatıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
6
konkret.az

1Mənbələr