AZ

Tim Kuk Çinin baş naziri ilə görüşdü, Trampımüzakirə etdi

"Apple" şirkətinin baş direktoru Tim Kuk və 20-dən çox qlobal biznes liderləri Donald Trampın vəzifəyə qayıtmağa hazırlaşdığı bir vaxtda potensial ticarət pozulmaları ilə bağlı narahatlıqları müzakirə etmək üçün Çinin Baş naziri Li Çian ilə görüşüb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, "Lenovo", "Corning" və "Rio Tinto" kimi şirkətlərin rəhbərlərinin qatıldığı toplantı ABŞ seçkilərindən sonra ilk dəfə olub.

Çin "Apple"ın əməliyyatları üçün çox vacibdir. "iPhone"ların 80%-i orada istehsal olunur. Trampın əvvəlki dövründə Çin idxalına tətbiq edilən tariflər "Apple" və digər texnologiya nəhəngləri üçün narahatlıq mənbəyi olub. Kuk "iPhone" kimi yüksək texnologiyalı məhsulların tariflərdən istisna etmək hüququnu uğurla müdafiə edib. Lakin Trampın yeni rəhbərliyi altında tariflərin genişlənməsi təhlükəsi yenidən yaranır.

Biznes liderlərinin görüşü bir saatdan çox davam edib.

Sevinc İBRAHİMZADƏ

Seçilən
5
redaktor.az

1Mənbələr