AZ

Akademik Şahin Mustafayev Qazaxıstanın xarici işlər nazirinin müavini ilə görüşüb

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Alibek Bakayev ilə görüşüb.

Görüşdə Akademiyanın prezidenti qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ümumi məlumat verib. O, həmçinin bu yaxınlarda Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XI Sammitində Qazaxıstanın Qırğızıstan Respublikasına təhvil verilmiş Türk Dövlətləri Təşkilatına sədrliyinin uğurla başa çatması münasibətilə nazir müavinini təbrik edib.

Alibek Bakayev isə 2024-cü ilin sentyabrında Bakıda Ortaq Türk Əlifbasının rəsmi təsdiq edilməsini yüksək dəyərləndirib, 34 hərfdən ibarət bu əlifbanın türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına daha da töhfə verəcəyini deyib. O, bundan sonra da əməkdaşlığa və Akademiyanın təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.

Görüşdə 2025-ci il üçün planlar və prioritet sahələrdə, o cümlədən türk xalqları arasında elmi əməkdaşlıq üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Seçilən
9
xalqqazeti.az

1Mənbələr