Cənubi Koreyada hərbi xidmətdən yayınmaq üçün qəsdən kökəlmiş 26 yaşlı oğlan həbs olunub.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, 6 ay ərzində çəki normasını bilərəkdən keçən və özünü ağır çəkili kimi Hərbi Komissarlığa təqdim edən oğlan ifşa olunub.
Ona 1 illik şərti cəza verilib. Əgər növbəti çağırışda da hərbi xidmətdən yayınmaq üçün belə bir addım olsa, o zaman cəzası daha ağır olacaq.
Ağa Dadaşzadə