MDB-yə üzv ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərləri Moskva şəhərində kəşfiyyat fəaliyyəti ilə bağlı keçirilən müşavirədə bir araya gəlib.
Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat xidmətindən bildirilib ki, görüşdə birgə fəaliyyətin yekunları müzakirə ediləcək, həmçinin MDB ölkələrinin xüsusi xidmət orqanlarının gələcək əməkdaşlıq və qarşıdakı dövr üçün prioritetləri müəyyən ediləcək.
Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.
Musavat.com