AZ

Teylor Qrin: Baydenin Ukraynaya nüvə silahı verməsi dövlətə xəyanət olar- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ konqresmeni Marjori Teylor Qrin bildirib ki, prezident Co Bayden Ukraynaya nüvə silahı versə, bu, dövlətə xəyanət kimi qiymətləndirilə bilər. O, bu fikrini X sosial şəbəkəsində paylaşıb.

"Bu, dəlilikdir və tamamilə konstitusiyaya ziddir," - deyə Qrin vurğulayıb. O, həmçinin Baydenin nüvə müharibəsi başlatmaq və bununla da noyabr seçkilərində qalib gələn Donald Trampa hakimiyyəti təhvil verməkdən yayınmaq niyyətində olub-olmadığını sorğulayıb.

Bundan əvvəl Qrin, Baydenin Ukraynaya uzun mənzilli raketlərin Rusiya ərazisinə qarşı istifadəsinə icazə verməsini də tənqid etmiş və bunun Üçüncü Dünya Müharibəsini başlatmaq cəhdi olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr