AZ

Şəkidə 14 ildir ki, bu problem həll olunmur

Şəkidə 14 ildir ki, kanalzasiya problemi həll olunmur. Bunu deputat Vüqar İsgəndərov deyib. 
 
"Şəkidə 2010-cu ildən kanalzasiya problemi həllini tapmır. İnsanlar bu problemdən narahat olur. Asfaltlanma işləri gedir. Bəzi ərazilərdə böyük qazıntı işləri yarımçıq qalıb. Rayonda həmçinin müraciət etməyimizə baxmayaraq 2 ildir yataqxananın vəziyyəti acınaqlı vəziyyətdə qalır", - noyabrın 26-da  Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.  
 
Deputat həmçinin vurğulayıb ki, rayonun 69%-i qazlaşdırılıb, qalan ərazilərin qazlaşmasına böyük ehtiyac var.  
 
İsgəndərov Daxili İşlər Nazirliyi əməkdaşlarının da əməkhaqqlarının artırılmasının vacib olduğunu diqqətə çatdırıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
8
anews.az

1Mənbələr