AZ

Bu qaydadan xəbəri olmayan sürücü qəza şəraiti yaratdı- VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 18-də, paytaxtın Azneft dairəsində baş verib.

Belə ki, 62-BJ-371 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olaraq sol zolaqla hərəkət edib. Sonra isə həmin zolaqdan dairəni tərk edərək görüntünü qeydə alan sürücüyə təhlükəli anlar yaşadıb.

"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, sürücü dairəvi hərəkət təşkil edilmiş yolayrıcını yalnız sağ zolaqdan tərk etməlidir. Digər zolaqlardan birbaşa sağa dönən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilərlər.

 

Könül Rauf

Seçilən
5
avtosfer.az

1Mənbələr