AZ

Azərbaycan dövlətinin sosial siyasətinin məzmunu və prioritetləri dəyişməz olaraq qalır - Deputat

Bakı. Trend:

2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərclərinin2024-cü illə müqayisədə 8,8 faiz artırılması, əməkhaqqı, pensiya vəsosial müavinətlər, ünvanlı sosial yardım, minimum əməkhaqqı,minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumununartırılması bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin sosialsiyasətinin məzmunu və prioritetləri dəyişməz olaraq qalır.

Trendxəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsininmüzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

O qeyd edib ki, ümumilikdə, təqdim olunan büdcə layihəsi gününtələblərinə, cəmiyyətin ehtiyaclarına və gözləntilərinə uyğunhazırlanıb.

“Bununla yanaşı şübhəsiz ki, sosial məsələlərin həlli konkretbir dövrlə məhdudlaşmayan, davamlı islahatların aparılmasını tələbedən mürəkkəb və daimi prosesdir.

Səhiyyə xərclərinin ötən ilin göstəricisi ilə müqayisədə 7,1faizlik artımı bu sahədə uzun müddətdir ki, həyata keçiriləndavamlı islahatların nəticəsidir. İcbari tibbi sığorta sisteminintətbiqi və qanunverciliyin təkmilləşdirilməsi, xidmətlər zərfiningenişləndirilməsi ilə bağlı hüquqi bazanın inkişaf etdirilməsitibbi xidmətlərə əlçatarlığın artırılmasına xidmət edir. Sonillərdə xidmətlər zərfinə daxil olan tibbi müdaxilələrin sayınınartırılması, xüsusi ilə hər bir vətəndaşın sosial müdafiəsinəxidmət edən ambulator sahədə dərman preparatlarının xidmətlərzərfinə daxil edilməsi şübhəsiz icbari tibbi sığorta sistemininuğurlu inkişafının göstəricisidir.

Bununla yanaşı, Azərbaycanda bir sıra prioritet səhiyyəməsələlərinin həlli üçün dövlət proqramları icra olunur ki, onlarında səhiyyə büdcəsində ayrı maliyyələşdirilməsi dövlətin buməsələlərə xüsusi diqqətinin göstəricisidir. Lakin, uzun müddətuğurla həyata keçirilən bu proqramların da gələcəkdə icbari tibbisığorta çərçivəsində xidmətlər zərfinə daxil edilməsi dahaməqsədəuyğun olardı.

Eyni zamanda qeyd etmək istərdim ki, uşaqlar arasında bəzixəstəliklər var ki, onların aşkarlanması və müalicəsi ilə bağlı həmsəhiyyə, həm də sosial müdafiə sahəsində xüsusi yanaşma tələbedilir. Bu gün hər birimizin yaxşı tanıdığı genetik və ətraf mühitfaktorları ilə bağlı yaranan autizm spektr pozuntusunun erkənaşkarlanması və sonrakı reabilitasiyası üçün düşünürəm dövlətproqramının qəbul olunması vacibdir. Erkən diaqnostika, keyfiyyətlireabilitasiya uzunmüddətli perespektivdə həm dövlət büdcəsinin, həmdə əhalinin maliyyə yükünün azaldılmasına xidmət edəcəkdir”, - deyədeputat əlavə edib.

O vurğulayıb ki, 2025-ci ilin dövlət büdcəsində bir sıralayihələrə ayrılan büdcənin artımı və bəzilərində isə azalmalarınizahlı təqdimatı əldə olunan uğurlar və daha çox diqqət tələb edənsəhiyyə məsələləri haqda məlumatlandırma üçün faydalı olardı.

“Bu izahatlar bir sıra xəstəliklərlə bağlı həyata keçiriləndövlət proqramları çərçivəsində nəzərdə tutulan maliyyə vəsaiti iləxəstə saylarının artan dinamikası arasındakı uyğunsuzluqları dahaaydın başa düşməyə kömək etmiş olardı.

Dövlət büdcəsi tərəfindən ayrılan investisiyalar və verilənsubsidiyalar nəticələrinə görə hər zaman həm hökuməti, həm dəmillət vəkillərini maraqlandıran məsələlər olub. Belə ki, HesablamaPalatasının hesabatına görə kənd təsərrüfatına ayrılansubsidiyalarla bağlı, 2025-ci ildə də ayrılan vəsaitin 2024- cü ililə müqayisədə 9,4 % çox olması və bitkiçilik və heyvandarlıqsahələrində illik artımın cəmi 0,1 % bənd olması, eyni zamanda kəndtəsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamikanınmüşahidə olunmaması bu məsələlərin daha dərindən araşdırılmasınaehtiyac olduğunu göstərir.

Eyni zamanda 2025-ci ilin büdcəsində ətraf mühitin qorunmasıüçün hədəflər və gələcək perspektivlər üzrə tədbirlər üçün nəzərdətutulan maliyyə vəsaitinin gələcəkdə daha da artırılması lazımdır.Belə ki, tullantıların düzgün zərərsizləşdirilməsi, bütün ölkəərazisində müasir texnologiyaya əsaslanan təmizləyici sistemlərinqurulması, eyni zamanda tibbi tullantıların idarə olunması üçünəlavə imkanların yaradılması çox vacibdir”, - deyə deputat əlavəedib.

Seçilən
62
az.trend.az

1Mənbələr