Ermənistan prezidenti Vaaqn Xaçaturyan İrəvanda səfərdə olan polşalı həmkarı Anjey Duda ilə görüşüb.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, görüş Ermənistan prezidentinin iqamətgahında baş tutub.
Bildirilir ki, Duda və Xaçaturyan arasında təkbətək görüş keçirilib.
Məlumata görə, görüşdən sonra Ermənistan və Polşa prezidentləri mətbuata konfransı keçirəcək.
Xatırladaq ki, Duda ötən gün Ermənistana səfər edib.
Daşqın HəsənovMissiya.Az