AZ

"NATO Xəzər dənizinə çıxmağa çalışır" - Bortnikov

NATO Qara dənizdə döyüş qabiliyyətini artırmaq və Xəzər dənizinə çıxış əldə etmək istəyir. Alyans Arktika və Baltika bölgələrində də sürətlə möhkəmlənir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Moskvada MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərləri ilə keçirilən iclasda deyib.

“Alyans Rusiya və Belarusun dövlət sərhədlərində, Şimal Buzlu okean və Baltik bölgələrində sürətlə möhkəmlənir, Qara dənizdə döyüş, kəşfiyyat və logistika imkanlarını genişləndirir. Həmçinin Xəzər dənizinə çıxış yolları tapmağa çalışır”, - deyə Bortnikov söyləyib.


Müəllif: Qənirə Süleymanova
Seçilən
15
teleqraf.com

1Mənbələr