AZ

İslamabada qoşun yeridildi


Pakistan Daxili İşlər Nazirliyi paytaxtda təhlükəsizliyi təmin etmək üçün ordu hissələrinin İslamabada yeridildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Geo TV” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hakimiyyət hərbi qulluqçulara iğtişaşçılara qarşı qətiyyətlə hərəkət etmək səlahiyyəti verib. Eyni zamanda onların iğtişaşçıları yerindəcə güllələmək kimi ekstremal tədbirlər görmək icazəsi də var. Hərbçilər həmçinin, lazım gəldiyi təqdirdə, asayişi qorumaq üçün şəhərin istənilən ərazisində komendant saatı tətbiq edə bilərlər.
Qeyd edək ki, noyabrın 24-də müxalifətdə olan “Ədalət Uğrunda Hərəkat” partiyası federal hakimiyyəti öz tələblərini yerinə yetirməyə məcbur etmək üçün ümummilli etiraz aksiyasına başlayıb. Tələblər arasında oktyabrda respublika konstitusiyasına edilmiş dəyişikliklərin ləğv edilməsi, fevralda keçirilən parlament seçkilərinin nəticələrinə yenidən baxılması və partiyanın qurucusu və keçmiş hökumət başçısı İmran Xanın da daxil olduğu siyasi məhbusların azad edilməsi var.
Seçilən
15
yeniavaz.com

1Mənbələr