Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüşü keçirildi.
XALQ.AZ məlumat verir ki,öncə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi.
Daha sonra Millət Vəkili seçicilərin qaldırdığı cari problemləri və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırdı.Ümumi tərkibli görüşün ardınca şəhidlər İsmayılov Aslan Əvəz oğlunun,
İbrahimov Zəmanət Gülhəsən oğlunun, Babayev Alməmməd Qərib oğlunun, İsmayılov Cavad Asif oğlunun ailəsi ziyarət edildi.