ABŞ-ın yeni prezidenti Donald Trampın yeni tariflərlə bağlı açıqlaması ucuzlaşmaqda olan qızıl qiymətlərində sabitlik yaradıb.
İndex.az xəbər verir ki, Trampın Kanada və Meksikanı 25%-lik idxal vergisi ilə hədələməsi dolların möhkəmlənməsinə və qızılın stabil qiymətdə qalmasına dəstək olub.
Beləliklə, həftənin ikinci əməliyyat günündə qızılın unsiyası 2 min 627 dollar olaraq qalıb.