AZ

Estoniya Ukraynanın müdafiə sənayesinə sərmayə qoymağa çağırır

Ukraynanın müdafiə sənayesinə investisiya lazımdır. Bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur Amerikanın “Hill” nəşrinə müsahibəsində bildirib.

Pevkur qeyd edib ki, Qərb əsgərlərinin Ukraynaya göndərilməsi risklərlə doludur .Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrində (AFU) kadr çatışmazlığına baxmayaraq,onun müdafiə sənayesinə investisiya qoyulması daha məqsədəuyğundur.

Nazir vurğulayıb ki, Ukrayna sənayesi artıq Fransadan çox haubitsa istehsal edir. Pevkur qeyd edib ki, Ukrayna ildə təxminən 30 milyard dollar dəyərində hərbi texnika istehsal etmək gücündədir. O, Qərb ölkələrini Ukraynanın müdafiə sənayesinin inkişafını maliyyələşdirməyə çağırıb.

Oxuməni.az

Seçilən
8
oxumeni.az

1Mənbələr