AZ

Qəzzada 5 günlük atəşkəslə bağlı iddialar yalandır

Bakı, TurkicWorld

HƏMAS lideri Usamə Həmdan Qəzza zolağında beş günlük atəşkəs təklifinin qəbuledilməz olduğunu bildirib, bununla yanaşı o qeyd edib ki, HƏMAS müharibənin sona şatmasında maraqlıdır və bunu istəyir.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Livanın Əl-Məyadin televiziyasına danışan Həmdan, ABŞ-ın Qəzzada son atəşkəs razılaşması təklifinin ABŞ-ın son prezident seçkilərindən əvvəl edildiyinə diqqət çəkərək, “Biz xalqımıza qarşı təcavüzün dayandırılmasında maraqlıyıq və bu barədə danışırıq. Təklif edilən beş günlük atəşkəs sonrası yenidən döyüşmək abrsurddur”-deyə o bildirib.

Ötən ilin noyabrında əldə edilmiş bir həftəlik atəşkəs istisna olmaqla, Misir, Qətər və ABŞ-ın himayəsi altında İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına nail olmaq üçün aparılan danışıqların bir neçə raundu iflasa uğrayıb.

Bu ayın əvvəlində Qətər Həmas və İsraili danışıqları davam etdirmək üçün “hazırlıqlarını və ciddiyyətlərini” nümayiş etdirənə qədər vasitəçilik səylərini dayandıracaqları barədə məlumat verib.

Seçilən
9
turkic.world

1Mənbələr