Son tədqiqatlar göstərib ki, bu obyekt əslində iki buzlu asteroidin toqquşmasından yaranan nəhəng toz buludu olub. Bu cür hadisələr nadir hallarda baş verir və müşahidə etmək çox çətindir. Olaylar.az xəbər verir ki, alimlər toqquşmanın Fomalhaut ulduzunun ətrafındakı dağıntı halqasında - bizim Günəş sistemindəki Kuiper kəmərinə bənzər bir bölgədə baş verdiyini düşünürlər.
Toz buludu ilkin mərhələdə sıx olduğu üçün işığı əks etdirib və ekzoplanet təsəvvürü yaradıb. 2014-cü ilə qədər bulud daha genişləşərək görünməz hala gəlib. Kompüter modelləri və arxiv məlumatlarının təhlili göstərib ki, 200 kilometrlik iki buzlu cismin toqquşması belə bir fenomen yarada bilər.
Hazırda bu toz buludu Yer orbitindən də böyükdür və içindəki hissəciklər teleskoplarla görünməzdir. Alimlər araşdırmalarını davam etdirərək, bu fərziyyəni tam təsdiqləməyi planlaşdırırlar.