Bütün zamanların ən bahalı yol qəzası Avstriyada, İsveçrə yaxınlığındakı Pfunds dağ yolunda baş verib.
İndex.az xəbər verir ki, ümumi dəyəri təxminən 7 milyon İsveçrə frankı olan dörd lüks avtomobil boş yolda bir-birinə çırpılıb. Zərər 1,8 milyon İsveçrə frankı təşkil edib.
Qəzada “McLaren Elva”, “Ferrari La Ferrari”, “Ferrari 812 Superfast” və “Bentley Continental GTC” olub. Qəzada dəyəri 500 min İsveçrə frankı olan “Ferrari 812 Superfast”ın sürücüsü günəşin gözünü qamaşdırdığı üçün qarşısındakı qiyməti 4 milyon İsveçrə frankı olan “Ferrari La Ferrari”yə çırpılıb.
O da qarşısında 1,7 milyon İsveçrə frankı dəyərində olan “McLaren Elva” ilə toqquşub. 300 min frank dəyərində 610 at gücünə malik olan “Bentley” arxada dayana bilməyib və qarşısındakı “Ferrari Superfast” arxadan dəyib. Bildirilir ki, ən çox zərər 963 at güclü “Ferrari LaFerrari” olub.
Yaşları 40-52 arasında olan sürücülər xəsarət almayıb və hadisənin eşidilməsinə mane olmaq üçün böyük səy göstəriblər.